“Dərinlikölçmə avadanlığının ehtiyat hissələri”nin satın alınması ilə əlaqədar açıq müsabiqə elan edilib

123

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Dərinlikölçmə avadanlığının ehtiyat hissələri”nin satın alınması ilə əlaqədar açıq müsabiqə elan edilib.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 08 oktyabr 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 17 oktyabr 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 18 oktyabr 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqə telefonları: 599-00-03 (1402).