Egey dənizində miqrantların olduğu qayıq aşıb, uşaqlar ölüb

111

Egey dənizində – Türkiyə sahillərindən 8 km qərbdə yerləşən Yunanıstanın İnuses adası yaxınlığında miqrantların olduğu qayığın aşması nəticəsində 7 nəfər ölüb, ölənlər arasında 6 yaşınadək uşaqlar da var.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Ümumilikdə, göyərtədə 19 miqrant olub. Axtarış-xilasetmə işləri zamanı iki qadın, bir körpə və 6 yaşına çatmamış dörd uşaq da daxil olmaqla yeddi nəfərin cəsədi tapılıb.

12 nəfər isə xilas edilib. Onlar arasında beş kişi, üç qadın, 6 yaşınadək üç uşaq və bir 12 yaşlı uşaq var. Onların hamısı Xiosdakı xəstəxanaya yerləşdirilib.