Finlandiyada iqlim dəyişmələrinə qarşı mübarizlər limanda kruiz laynerinin yolunu kəsiblər

62

Finlandiyada iqlim dəyişmələrinə qarşı mübarizlər limanda kruiz laynerinin yolunu kəsiblər.

AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, ekologiya fəalları Helsinkinin Hernesaari limanında “MS Queen Elizabeth” kruiz laynerinin yolunu kəsdikləri üçün gəminin sərnişinləri təyin olunmuş vaxtda yola çıxa bilməyiblər.

“Nəsli kəsilməyə qarşı üsyan” beynəlxalq qrupunun tərkib hissəsi olan “Elokapina” qrupunun fəalları öz epataj addımları ilə laynerin dənizə çıxmasını təqribən 1 saat ləngidiblər.

Layner axşam saat 5-də Sankt-Peterburqa yola düşməli idi. Lakin baydarkalara oturmuş fəallar gəminin ön hissəsinin qabağını kəsərək onun tələfata yol verməmək üçün manevr etməsinin qarşısını alıblar. Hadisə yerinə dərhal Finlandiya polisi çağırılıb. Polis bir nəfəri tutub.

“Elokapina” üzvü Elina Kaupi bildirib ki, onlar diqqəti ekologiya və iqlim böhranına cəlb etmək istəyirlər.

“Elokapina” təşkilatı Finlandiyada 2018-ci ildən fəaliyyət göstərir. Qeyri-zorakı addımların tərəfdarı olan təşkilat iqlimə ziyan vuran fəaliyyətə qarşı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır