Yunanıstan bərəsində yanğın olub, 600-dən çox adam təxliyyə olunub

96

Yunanıstanın şimal-qərbindəki İqoumenitsa limanında “Olympic Champion” bərəsində yanğın baş verib. 

“Report” AMNA-ya istinadən xəbər verir ki, 538 sərnişin, 75 nəfər heyət üzvü və 293 avtomobillə Venesiyaya yola düşən bərədə səhər tezdən başlayan yanğın səbəbindən gəmi limana qaytarılıb, 600-dən çox adam təxliyyə olunub.

Eyni zamanda avtomatik yanğınsöndürmə avadanlığı işə düşdüyündən hadisə qısa zamanda nəzarət altına alınıb.