KİV: Yəmən sahillərində göyərtəsində 55 nəfərin olduğu gəmi itib

94

Yəmənin şərq əyaləti Əl-Mahra ilə Sokotra adası arasında hərəkət edən, göyərtəsində 55 nəfərin olduğu bərə radarlardan itib.

“Report”un məlumatına görə, bu barədə “Sinxua” agentliyi ada administrasiyasının bəyanatına istinadən xəbər verir.

“Bu gün biz bərənin Əl-Mahra limanını tərk edib Sokotra adasına istiqamət almasından sonra itməsinə dair hesabat əldə etdik. Gəmidə 55 nəfər var”, – deyə açıqlamada bildirilir.

Ada administrasiyası hadisə barədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məlumat verib. Axtarış xilasetmə əməliyyatının başladığı bildirilir.