Hindistan Hərbi Dəniz Qüvvələri hökumətə üçüncü aviadaşıyıcının inşasına başlamaq barədə təklif ünvanlayıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 40.000 ton yerli aviadaşıyıcı “Cochin” gəmiqayırma zavodunda inşa edilir və 2022-2023-cü illərdə tam istismara verilməlidir.
Ancaq Hindistan Müdafiə Nazirliyi hələ 2015-ci ildə təklif olunan 65 000 tonluq “IAC-II” gəmisi üçün belə razılıq verməyib.
Qeyd edilir ki, gəmi təqribən 450 milyon rupiyə başa gələcək.
Xatırladaq ki, Hind Okeanında dominant mövqe turmağa çalışan Hindistanın qonşusu Çin 2050-ci ilə qədər 10 belə aviadaşıyıcıya sahib olmaq niyyətindədir.
ABŞ-ın isə hazırda 80-90 qırıcını daşıya bilən, 100 min tonluq 10 aviadaşıyıcısı mövcuddur.