Xəzər dənizində kaytsörfinqçinin məharəti

93

Xəzər dənizində kaytsörfinq

“Xəzər” Yelkənli Qayıqlar İdman Klubu və Red Bull-un dəstəyi ilə əslən Kiyevdən olan Roman Bondarets Xəzər dənizində kaytla səfərə çıxıb.

Xəzər dənizində kaytsörfinqçinin məharəti
Xəzər dənizində kaytsörfinqçinin məharəti© ANDREY PRONİN

Roman Bondarets uzun illərdir kaytsörfinq və ya kaytbordinqlə (idmançının idarə etdiyi uçan ilanın (kayt) dartma qüvvəsinin təsirilə su üzərində hərəkətə əsaslanan idman növü) məşğuldur. O, daim özünü sınamaq üçün maraqlı məkanlar axtarır. Bu dəfə Roman Bondarets axtardığını Bakıdan təxminən bir saatlıq məsafədə yerləşən Şurabad kəndi yaxınlığında tapıb. Google-də araşdırma apararkən Xəzərdə kaytsörfinq etmək üçün “Blueplanet Kite Beach” adlı məkan diqqətini çəkib. O, həyat yoldaşı və oğlu ilə Bakıya gəlmək qərarı verib.

Xəzər dənizində kaytsörfinqçinin məharəti
Xəzər dənizində kaytsörfinqçinin məharəti© ANDREY PRONİN

ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu 2014-cü ildə yaradılıb. Klub üzvləri müxtəlif yerli və beynəlxalq turnirlərdə iştirak ediblər. Klubun yelkənçiləri dəfələrlə Qazaxıstan, Rusiya və digər ölkələrdə keçirilən yarışlarda qalib olublar.

Xəzər dənizində kaytsörfinqçinin məharəti
Xəzər dənizində kaytsörfinqçinin məharəti© ANDREY PRONİN

Roman Bondarets təəssüratlarını bölüşərkən bildirib ki, onun budəfəki səyahəti yaddaşından heç vaxt silinməyəcək: “Duyğularımı çatdırmaqda çətinlik çəkirəm. Səfərlərimi mütləq ki, davam etdirəcəm. Amma əminliklə deyirəm ki, ruhumun bir hissəsi xəyallarımın gerçəkləşdiyi küləklər şəhərində əbədi qalacaq”.

Xəzər dənizində kaytsörfinqçinin məharəti
Xəzər dənizində kaytsörfinqçinin məharəti