“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI
kafedralar üzrə vakant olan vəzifələrin tutulması üçün müsabiqə
ELAN EDİR:
“Dəniz naviqasiyası” kafedrası:
kafedra müdiri – texnika elmləri doktoru, professor və ya texnika elmləri doktoru, dosent və ya texnika üzrə fəlsəfə doktoru, dosent və ya texnika üzrə fəlsəfə doktoru
“Gəmiqayırma və gəmi təmiri” kafedrası:
kafedra müdiri – texnika elmləri doktoru, professor və ya texnika elmləri doktoru, dosent və ya texnika üzrə fəlsəfə doktoru, dosent və ya texnika üzrə fəlsəfə doktoru
“Tətbiqi mexanika” kafedrası:
kafedra müdiri – texnika elmləri doktoru, professor və ya texnika elmləri doktoru, dosent və ya texnika üzrə fəlsəfə doktoru, dosent və ya texnika üzrə fəlsəfə doktoru
DenizXeber.az Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, Müsabiqəyə yalnız baza təhsili kafedranın ixtisasına uyğun olan namizədlər buraxılır. Beynəlxalq xülasələndirmə və indeksləşmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə dərc olunmuş məqalələri olanlara üstünlük verilir.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir. Sənədlərin təqdim olunması elan dərc edildiyi tarixdən 30 gün müddətindədir.
Ünvan: Bakı şəhəri, akademik Zərifə Əliyeva küçəsi, 18.
Əlaqə telefonu: +994503093369
REKTORLUQ