Budapeştdə kater qəzası qurbanlarını yad edirlər VİDEO

33

Budapeştdə Dunay sahillərində “Xablean” (macar dilində “su pərisi” deməkdir) gəzinti katerinin qəzasının qurbanları Koreya milli ənənələri üzrə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Cənubi Koreyanın “Soo Co Çon” musiqi qrupunun üzvləri matəm mərasimi iştirakçılarına qoşularaq Olimpiya parkından Marqaret körpüsünədək piyada gedib, orada həlak olmuş həmvətənlərinin xatirəsinə ehtiram əlaməti olaraq Dunay çayına qızılgül ləçəkləri atıblar. Qrupun üzvləri koreyalı bəstəkar Li Qam-Seop tərəfindən məxsusi olaraq qəza qurbanlarının xatirəsinə yazılmış “Rekviyem” əsərini ifa ediblər.

Cənubi Koreyanın Macarıstandakı səfiri mərasimdə çıxış edib.

Xatırladaq ki, qəza anında “Xablean” katerində Cənubi koreyalı 33 nəfər turist və 2 macar dənizçisindən ibarət heyət olub. Koreyalı turistlərdən 7 nəfərini xilas etmək mümkün olub, qəza qurbanlarından 27 nəfərin meyiti sonrada tapılıb. Səfir həlak olanların cəsədlərinin tapılmasına hərtərəfli kömək göstərmiş Macarıstan hökumətinə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır