Türkiyənin Sahil Mühafizəsi Xidməti Aydın vilayətinin sahilində qanunsuz miqrantların olduğu qayıqları saxlayıb.
Report Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qayıqlarda 120 qanunsuz miqrant olub.
Miqrantlar Didim bölgəsindəki Sahil Mühafizə Xidməti tərəfindən tutulub. Miqrantların hamısı Fələstin və Suriya vətəndaşlarıdır.