Sizi ümumpeşə hazırlığı (riyaziyyat, ingilis dili) və ixtisas fənləri üzrə olimpiadada iştiraka dəvət edirik !
Olimpiada aşağıdakı fənlər üzrə keçiriləcəkdir:
- Riyaziyyat
- İngilis dili
- İxtisas fənləri
Olimpiada hər fənn üzrə ayrılıqda keçiriləcək və tələbə fənn üzrə qoyulmuş sualları yazılı şəkildə cavablandırıb müsabiqə komissiyasına təqdim edəcəkdir.
Olimpiadanın qalibləri diplomlar və sertifikatlarla təltif olunacaqlar.
Keçirilmə tarixi: 28-29 noyabr 2019-cu il, saat 1500 .
Ünvan: (Az 1000, Bakı şəhəri, Zərifə Əliyeva küç., 18).
Müsabiqə haqqında ətraflı məlumat:
ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsi
URL: www.adda.edu.az ;
E-mail: husniyya.qafarli@asco.az
Olimpiadanın qaliblərinin mükafatlandırılma qaydaları:
Hər fənn üzrə I, II, III yerlərin qalibləri müəyyən olunacaq.
– I yer tutan qaliblər 91-100 bal toplayan tələbələr arasından seçilərək, topladıqları balla həmin fənn üzrə imtahandan azad ediləcək və birinci dərəcəli diplomla təltif ediləcəklər.
– II yerin sahibləri sertifikatlarla təltif ediləcəklər və müvafiq fəndən kollokvium üzrə 10 bal, məşğələ üzrə 10 bal, sərbəst iş üzrə 10 bal qazanmış hesab ediləcəklər.
– III yerin sahibləri sertifikatlarla təltif ediləcəklər və müvafiq fəndən kollokvium üzrə 5 bal, məşğələ üzrə 5 bal, sərbəst iş üzrə 5 bal qazanmış hesab ediləcəklər.
Qeydiyyata alınmaq üçün ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etməyiniz zəruridir.
Mənbə: http://adda.edu.az/az/announce/254