Mərmərə dənizində Türkiyənin Bursa vilayəti akvatoriyasında dəniz reysləri təxirə salınıb.
Trend-in məlumatına görə, bu qərar həmin ərazidə güclü dumanla əlaqədar qəbul edilib.
Qeyd olunur ki, 30 dəniz reysi təxirə salınıb.
Xatırladaq ki, sonuncu dəfə Türkiyədə dəniz reysləri noyabrın 1-də güclü külək və leysan yağışları səbəbdən təxirə salınmışdı.