Cənubi Afrika Respublikasının Keyptaun şəhərində CAR, Rusiya və Çin üçtərəfli hərbi dəniz təlimləri keçirir.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, noyabrın 25-də başlayan təlimlər noyabrın 30-da bitəcək.
Qeyd olunur ki, təlim ilk növbədə dənizdə iqtisadi təhlükəsizliyi, iştirak edən dəniz qüvvələri arasında yaxşı əlaqələrin qorunmasına yönəldilib.
Məlumata görə, bu ölkələr arasında ilk dəfədir belə təlim baş tutur.