İran ordusunun sualtı gəmiləri yeni raketlə təchiz olunacaq

30

İran ordusu Hərbi Dəniz Qoşunlarının bütün sualtı gəmiləri Cask-2 raketləri ilə təchiz ediləcək.

Trend-in məlumatına görə, bunu İran ordusu Hərbi Dəniz Qoşunlarının komandanı admiral Hüseyn Xanzadi deyib.

H.Xanzadinin sözlərinə görə, artıq bu raket kütləvi şəkildə istehsal edilməkdədir.

Komandan əlavə edib ki, Cask-2 raketinin radiusu gələcəkdə diqqəti cəlb edəcək dərəcədə artırılacaq. Bununla yanaşı sualtı gəmilərin raket potensiallarını çeşidləndirən Cask 3 adlı yeni layihə icra edilməkdədir.

İranlı admiral bildirib ki, İran, Rusiya və Çin arasında hərbi dəniz təlimləri gələn ay Hind okeanında keçiriləcək:

“Hərbi təlimləri keçirməkdə məqsəd kollektiv təhlükəsizliyi təmin etmək, Hind okeanının şimalında təhlükəsizliyi gücləndirməyə köməklik göstərməkdir”.