Türkiyə 3 dənizdə – NEFT-QAZ AXTARIR

50

Türkiyə Aralıq dənizindən sonra Mərmərə və Qara dənizdə də neft axtaracaq.

FED.az xəbər verir ki, hazırda Türkiyə Aralıq dənizindəki neft yataqlarının kəşfiyyatını davam etdirir. Mədən Texnik Kəşfiyyat (MT) TPAO şirkətinin sahib olduğu kəşfiyyat gəmiləri Fatih və Yavuz bölgələrinə işləyirlər.

Amma Türkiyə neft axtarışlarını Aralıq dənizi ilə məhdudlaşdırmayacaq. TPAO neft şirkəti Mərmərə və Qara dənizdə neft kəşfiyyatı üçün də gəmilər kirayələyib. Norveçdən kirayələnən «Shearwater GeoServices» adlı gəmi Qara dəniz və Mərmərədə seysmik araşdırmalara başlayıb.