ABŞ İranın qaçaq yolla husilərə göndədiyi raketləri ələ keçirdi

34

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dəniz Qüvvələrinə aid gəmi irqçi fars rejimin husilərə qaçaq yolla göndərdiyi raket sistemlərini ələ keçirib.

ABŞ rəsmilərinin bu barədə məlumatında deyilir: “İlk dəfədir ki, İranın bu miqdarda müasir raket sistemləri Yəməndə ələ keçirilir. Raketlər kiçik qayıqla qaçaq yolla göndərilirdi. ABŞ Dəniz Qüvvələrinə aid gəminin sahil patrol xidmətinin əməkdaşlığı ilə çərşənbə günü axşam bu qayıqları Ərəb dənizində aşkarlayaraq ələ keçirilib”.

ABŞ məsulları bildiriblər ki, bu, qanuna zidd olaraq, husilərə silah qaçaqmalçılığı prosesinin davam etdirildiyini göstərir.

Qeyd edək ki, irqçi fars rejim region ölkələrində müxtəlif terror qruplaşmaları formalaşdırıb və onları silah-sursatla təmin edir.