Bakıda TRACECA ilə bağlı Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib – YENİLƏNİB

91

Bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib.

“Report” xəbər verir ki, tədbirlərdə TRACECA-ya üzv və müşahidəçi ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Yekunda Bakı Bəyannaməsi qəbul edilib.

Xatırladaq ki, TRACECA 1993-cü ildə Brüsseldə keçirilmiş konfransda yaradılıb.