ADDA-da Elmi Şuranın növbəti iclası keçirib

470

Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurası cari tədris ilində 4-cü iclasını keçirib. İclasa sədrlik edən ADDA-nın Tədris və tərbiyə İşləri üzrə prorektoru, professor Zahid Şərifov şura üzvlərini salamladıqdan sonra gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra iclasda 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq, Akademiyanın maddi-texniki bazasının vəziyyəti, “Gəmi sürücülüyü” fakültəsinin fəaliyyəti, STCW 78 Beynəlxalq konvensiyasının və model kurslarının tələblərinin tədris prosesinə tətbiqinin vəziyyəti haqqında məsul şəxslərin çıxışları dinlənilib.

Gündəlikdə duran məsələlərin hər birinə dair müvafiq qərarlar qəbul edilib. Kafedralarda tədris olunan ixtisas fənlərinin əsasən trenajor və multimedia proqramları ilə təchiz edilmiş xüsusi auditoriyalarda keçirilməsi, tədris, istehsalat və diplomqabağı təcrübələrin təşkil olunmasına nəzarətin gücləndirilməsi, professor-müəllim heyətinin cavanlaşdırılması istiqamətində tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması, imtahan sessiyasının idarə edilməsi məqsədilə “İmtahan qərargahı”nın  yaradılması və s. kimi vacib məsələlər qərarlarda öz əksini tapıb.

Mənbə: http://adda.edu.az/az/news/1428