Türkiyədə 65 qanunsuz miqrant saxlanılıb

87

Türkiyənin İzmir vilayətində qanunsuz miqrantlar saxlanılıb.

Trend-in məlumatına görə, miqrantların olduğu qayıqda 65 qanunsuz miqrant olub.

Bildirilib ki, onlar Çeşme və Dikili rayonlarında sahil mühafizəçisi tərəfindən tutulub.

Miqrantların hamısı Suriya, Fələstin, Eritreya, Liviya və Qvineyadan olan gəlmələrdir.