XXI əsrin əsas döyüşü: Məğlub donanma nüvə silahına əl atacaq

36

Çin, Yaponiya, Rusiya və ABŞ donanmaları XXI əsrin əsas döyüşünün iştirakçıları ola bilər.

Vpk-news.ru xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Konstantin Sivkov danışıb.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişaf ssenarisi qlobal güc mərkəzlərinin birbaşa və ümumi müharibəsi zamanı mümkün ola bilər.

Sivkov qeyd edib ki, Rusiya donanması və ABŞ donanması Atlantik və Sakit okeanda toqquşa bilər. Bununla yanaşı, Rusiya və Yaponiya arasında da toqquşma ehtimalı mümkündür. Hərbi konflikt, həmçinin Çinlə ABŞ və Yaponiya donanmaları, eyni zamanda Rusiya, Çin və ABŞ, Yaponiya donanmaları arasında baş verə bilər.

Ekspertin fikrincə hərbi toqquşmalar raket-nüvə qarşıdurması xarakteri daşıyacaq və nüvə silahından məhz uduzan tərəf istifadə edəcək.