Rusiyada hərbi gəmidə yanğın olub, xəsarət alanlar var – VİDEO

99

Rusiyanın şimalındakı Murmansk şəhərindəki tərsanədə təmir edilən təyyarə daşıyan kreyserdə baş verən yanğın nəticəsində 6 nəfər xəsarət alıb, onlardan 1-nin vəziyyəti ağırdır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, yerli qurumlardan verilən məlumata görə, yanğın gəminin enerji qurğusunda aparılan qaynaq işləri zamanı qığılcımdan dizel yanacağının alışması səbəbindən başlayıb və 120 kvadratmetr sahəyə yayılıb. 

Hadisə yerinə yanğın xidmətinin üç bölməsi cəlb edilib.