Yapon dənizində boş rus kateri tapıldı: heyət müəmmalı şəkildə yoxa çıxdı

73

Yaponiyanın Hokkaydo adasının yaxınlığında bir ay əvvəl yoxa çıxmış bir rus kateri tapılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda “Rosmorreçflot”un mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 26 oktyabrda rus balıqçılar 6 metrlik katerlə Primorskinin Çuquevka kəndində yerləşən Vladimir körfəzindən dənizə çıxıb. Katerdə altı nəfər olub – katerin sahibi Yevgeni Pyatışin, qardaşı Maksim, Andrey Poddubnı, “Proqress” zavodunun baş texnoloqu Andrey Yartsev, onun həmkarı, texnoloq Dmitri Tujik və Aleksandr Oreşnikov.

Bir müddət sonra balıqçılarla əlaqə kəsilib. Rusiya tərəfi axtarışlara başlayıb. Axtarışa aviasiya və xeyli gəmi cəlb edilib. Lakin nəticə əldə edilməyib. Bu gün isə yapon balıqçılar Hokkaydo adası ətrafında üzən bir gəmi tapıb. Gəminin göyərtəsində heç kim olmayıb. Ekipajın başına nə gəlməsiylə bağlı heç nə məlum deyil.