Dədə Qorqud yarımdalma qazma qurğusu KPS-4 quyusuna çatıb (FOTO)

251

Reaktivasiyası yekunlaşan Kaspian Drilinq Kompani Limited məhdud məsuliyyətli cəmiyyətinə (KDK) məxsus Dədə Qorqud yarımdalma qazma qurğusu Equinor və SOCAR şirkətlərinin pay sahibi olduğu (50%-50%) “Qarabağ” yatağında qazma əməliyyatlarına başlamaq üçün 15 dekabr 2019-cu il tarixdə KDK-yə məxsus Dəniz və Logistika Bazasından yola çıxıb və bu gün saat 15:00 radələrində yatağın KPS-4 quyusuna çatıb.

KDK-dən Trend-ə verilən məlumata görə, qurğu layihənin operatoru Equinor şirkəti üçün qazma əməliyyatlarını həyata keçirəcək:

“Biz əməliyyatlarda iştirak edən bütün tərəflərə uğurlar arzu edirik”.