Rusiya ABŞ üçün “Milad hədiyyəsi” hazırlayır

87

Rusiyanın ABŞ üçün 885M “Yasen-M” layihəli “Novosibirsk” adlı atom sualtı qayıq şəklində “Milad hədiyyəsi” var.

“The National İnterest”də dərc olunan məqalədə sualtı qayığın dekabrın 25-də suya buraxılacağı qeyd olunub.

Nəşr sözügedən texnikanı əvvəlki modellərlə müqayisədə daha səssiz adlandırıb. Yeni atom sualtı qayıq daha qısa korpusa malik olmaqla müasir elektronika və müxtəlif silahlarla, həmçinin, “Kalibr-M” qanadlı raketləri ilə təchiz olunub,

Məqalə müəllifinin sözlərinə görə, sualtı qayıq ABŞ-dakı analoqları sayılan “Virciniya”lardan qiymət və keyfiyyət baxımından üstündür.