Şərqi Çin dənizində balıqçı gəmisi batıb.
“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Çinin Çjeszyan əyalətinin akvatoriyasında baş verib. Qəza zamanı 7 nəfər itkin düşüb.
Xilasedicilər 11 heyət üzvünü xilas etməyə müvəffəq olublar.