BTQ ilə 10 000-ci konteyner daşınıb

95

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə on mininci konteyner daşınıb. 40 futluq konteyner  Türkiyə-Qazaxıstan marşrutu ilə hərəkət edən  blok qatarının tərkibində ölkəmizin ərazisindən keçərək, Qazaxıstanın  Yeti Su stansiyasına çatdırılıb. 20 konteynerdən ibarət blok qatarının yükü  dizel yanacağı ilə  işləyən minik avtomobilləri  olub. Daşıma “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”-nin operatorluğu ilə həyata keçirilib.

2017-ci il oktyabrın 30 – da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. Belə ki, ötən il bu xətlə 4135 (TEU), bu il isə 5810 (TEU) konteyner daşınıb.