ABŞ Aralıq dənizinə 1,4 trilyon dollar vəsait ayırır

112

Amerikalı konqresmenlər ABŞ-ın Aralıq dənizində mövqelərini gücləndirməyin vacibliyini vurğulayıblar.

“The Hill” dərgisi bildirir ki, Türkiyə və Rusiyanın sözügedən ərazidə təsirinin artması, eyni zamanda İsrail, Yunanıstan və Kiprlə əlaqələri genişləndirmək naminə ABŞ Aralıq dənizində mövqelərini gücləndirməlidir.

Qəzet yazır ki, bu məqsədlə kompleks tədbirlərin maliyyələşməsinə 1,4 trilyon dollar vəsait ayrılacaq.

ABŞ hazırda Yunanıstanla hərbi əlaqələr genişləndirməyə, Kiprə qoyulan silah embarqosunun aradan qalxmasına və Türkiyənin bölgədəki ambisiyalarını idarə etməyə ehtiyac görür.