Böyük Britaniyaya qanunsuz yollarla keçmək istəyən 60-dan çox miqrant saxlanılıb

80

Böyük Britaniyaya qanunsuz yollarla keçmək istəyən 60-dan çox miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Kent bölgəsindəki Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan miqrantların qeyri-qanuni yollarla Fransadan Britaniyaya keçdiyi öyrənilib.

Miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.

Daxili İşlər Nazirliyi Avropadan Britaniyaya qanunsuz yollarla keçən hər kəsi geri qaytaracaqlarını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır