Beynəlxalq Enerji Agentliyi: Qlobal bazarda LNG bolluğu yaşanacaq

316

Qlobal bazarda mayeləşdirilmiş təbii qaz (LNG) bolluğu yaşanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

“Təbii qazın qiymətində əhəmiyyətli dərəcədə azalma müşahidə edirik. İki il ərzində qiymətlər daha məqbul olacaq. Enerji bolluğu bərpaolunan enerji mənbələrində də müşahidə olunur. Bu sahədəki texnoloji xərclər azalmaqda davam edəcək”, – deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır