Dəniz limanlarında 7,4 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

179

Cari ilin yanvar-noyabr aylarında dəniz limanlarında 7 milyon 441,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin yüklərin 6 milyon 858 min tonunu və ya 92,2 faizini tranzit yüklər təşkil edib. Dekabrın 1-nə limanlarda qalan yüklərin həcmi 214,2 min ton olub.

On bir ayda dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 35,2 faiz artaraq 19,6 min nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır