ABŞ-ın “Abraham Linkoln” aviadaşıyıcısı Ormuz boğazını keçən zaman İran gəmiləri tərəfindən təqib edilib.
“Defence blog” xəbər verir ki, bunu ABŞ-ın Beşinçi donanmasının nümayəndəsi, komander Coşua Frey bildirib.
Onun sözlərinə görə, hadisə zamanı aviadaşıyıcının yaxınlığında heç bir amerikalı gəmi olmayıb.
Daha əvvəl KİV-lərin yaydığı sputnik şəkillərində “Abraham Linkoln”un 18 İran gəmisinin müşayiəti ilə Ormuz boğazından keçməsi əks olunub.