Körfəzdə yeni gərginlik… İran yanacaq daşıyan daha bir gəmini saxladı

291

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars Körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan bir gəmini saxlayıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, SEPAH–ın 5-ci Regional Dəniz Qüvvələri Komandanlığının, Abu Musa adasının cənubunda bir gəmidə bir milyon 312 min litr qaçaq yanacaq ələ keçirildiyini açıqlayıb.

Gəminin Malayziya vətəndaşı olduğu bildirilən 16 heyət üzvü saxlanıb.

Gəminin hansı ölkəyə məxsus olduğu və hara getdiyi barədə məlumat verilmir.

Hörmüz boğazının girişində olan və İrana aid olan mübahisəli ada, coğrafi mövqeyi və strateji əhəmiyyəti baxımından son illər tez-tez İranla, adanın ona məxsus olduğunu iddia edən Birləşmiş Ərəb Əmirlikləri arasında gərginliyə səbəb olmuşdu.