Azərbaycanda dəniz yükdaşımalarının həcmi artıb

72

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəniz yükdaşımaları 1,37 milyon ton təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Dəniz nəqliyyatı ilə ümumilikdə 848,977 milyon dollar məbləğində yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 18,4 faiz çoxdur.

2019-cu ilin yanvar-noyabr aylarında ixrac dəniz yükdaşımaları 312,8 min ton təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur. İxrac yükdaşımalarının məbləği 140,64 milyon dollara bərabər olub (23,1 faiz artım).

2019-cu ilin yanvar-noyabr aylarında idxal dəniz yükdaşımaları 1,061 milyon ton təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. İxrac yükdaşımalarının məbləği 708,328 milyon dollara bərabər olub (17,6 faiz artım).

Hesabat dövründə Azərbaycan ticarət dövriyyəsi 30,688 milyard dollar, o cümlədən ixrac 18,304 milyard dollar və idxal 12,384 milyard dollar təşkil edib.