Turist gəmisində yanğın baş verib – sərnişinlər təxliyə edilib

80

Nil çayı boyunca səyahət edən “Grand Sun” turist gəmisində yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə Misir Turizm və Abidələrlə İşlər üzrə Nazirliyi bildirib.

Bildirilib ki, yanğın nəticəsində xəsarət alan yoxdur. Yanğın mülki xilasetmə xidmətləri tərəfindən söndürülüb.

Gəminin bütün sərnişinləri təxliyə edilib və başqa bir kruiz gəmisinə yerləşdirilib.