Rusiyanın kimyəvi maddə daşıyan gəmisi Türkiyədə qəzaya uğradı – VİDEO

77

Qara dənizdə Türkiyə sahilləri yaxınlığında Rusiya bayrağı altından hərəkət edən “Glard-2” tankeri balıqçı qayığı ilə toqquşub.

Bu barədə “Habertürk” məlumat yayıb.  

140 metrlik gəminin kimyəvi maddə daşıdığı vurğulanıb.

Qəza  Bosfor boğazı yaxınlığında sahilin 20-25 km-də baş verib.

Balıqçı qayığı batıb. Həmin vaxt qayıqda olan altı nəfərdən üçünü xilas etmək mümkün olub. Qalanları isə itkin düşmüş hesab olunur.

Qəzanın səbəbləri araşdırılır.

Bosfor boğazı güclü duman səbəbindən gəmilərin keçidi üçün müvəqqəti olaraq bağlanıb.