Qara dənizdə həlak olan balıqçıların cəsədlərinin çıxarılması işləri yenidən başlanıb

28

Qara dənizdə həlak olan üç balıqçıdan ikisinin cəsədlərinin çıxarılması işlərinə yenidən başlanıb.

AZƏRTAC xəbər verir ki, balıqçılardan birinin cəsədi yanvarın 11-də çıxarılıb. Digər iki balıqçının cəsədlərinin axtarışları bir gün fasilədən sonra davam etdirilir.

Xatırladaq ki, yanvarın 10-da İstanbul boğazı yaxınlığında Rusiya bayrağı altında üzən “Glard-2” tankeri ilə Türkiyənin “Dursun Ali Coşkun” adlı balıqçı qayığı toqquşub. Qəza zamanı qayıqda olan altı nəfərdən üçü özünü dənizə atıb. Onları yaxınlıqdakı digər balıqçı qayığı xilas edib. İtkin düşən balıqçıların isə cəsədlərinin batan qayığın istirahət bunkerində olduğu müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır