Çin xam neft idxalında 17 illik maksimumu yeniləyib

57

2019-cu ildə Çinin xam neft idxalının həcmi 506 milyon ton təşkil edib. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 9,5% çox olmaqla 17 illik maksimumum yenilənməsi deməkdir. 

2003-cü ildən dünyanın ən böyük xam neft idxalçısı olan Çin ötən il ən çox Səudiyyə Ərəbistanı və Rusiyadan neft alıb. 

Hesabat dövründə bu ölkənin təbii qaz və maye qaz (LNG) idxalının həcmi isə 6,9% artaraq 96,56 trilyon kubmetrə çatıb.