Beş ildə “Berkarar” gəmisi vasitəsilə Türkmənbaşı-Bakı-Türkmənbaşı istiqamətində 21,8 min TIR daşınıb

86

Beş ildə “Berkarar” gəmisi vasitəsilə Türkmənistan ilə Azərbaycan arasında 21,8 min təkərli texnika (TIR) və on minlərlə sərnişin daşınıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu gün, yeni Bakı limanının Azərbaycana ilk dəfə səfər edən Türkmənistana məxsus “Ro-Pax” tipli “Berkarar” gəmi-bərəsini qəbul etməsindən 5 il ötür. İlk səfəri zamanı Azərbaycana 47 TIR və 8 sərnişinlə gələn gəminin Bakı-Türkmənbaşı xəttində işləməsi iki ölkə arasında daşıma imkanlarını daha da artırır və eyni zamanda, TIR-ların daha qısa müddətdə qəbul edilib yola salınmasına imkan yaradır. “Berkarar” gəmisi Türkmənistanın sifarişi ilə Xorvatiyanın “Ulyanik” tərsanəsində yığılıb və 2014-cü il dekabrın 5-də Türkmənistana gətirilib. Gəminin uzunluğu 155,8 metr, eni 17,5 metr, hündürlüyü isə 12,2 metrdir. Gəminin sərnişin tutumu 200 nəfər, yükgötürmə qabiliyyəti 2400 tondur və 54 ağır yüklü təkərli texnika (TIR) daşıya bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır