TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 15% azalıb

68

2019-cu ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 47,597 milyon ton, yük dövriyyəsi isə 10 180,5 milyon ton-km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 0,123 milyon ton və yaxud 0,3% azdır.

Son 1 ildə yük dövriyyəsi isə 248,3 milyon ton-km və yaxud 2,4% azalıb.

Hesabat dövründə yüklərin 31,058 milyon tonu və yaxud 65,2%-i avtomobil nəqliyyatı, 12,123 milyon tonu və yaxud 25,5%-i dəmir yolu nəqliyyatı, 4,415 milyon tonu və yaxud 9,3%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,3%-ni və yaxud 7,281 milyon tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 1,239 milyon ton və yaxud 14,5% azdır.