Aşqabadda Xəzəryanı ölkələrin nümayəndə heyətləri dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair müzakirələr aparırlar

73

Aşqabadda Xəzəryanı dövlətlərin dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətli nümayəndələrinin iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan ekspertlərinin qatıldıqları iclasda Xəzər dənizində gəmiçiliyin təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığa dair Protokolun layihəsi və təkliflərin razılaşdırılması ətrafında müzakirələr aparılır.

İclasda ölkəmizi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisinin müavini Rasim Əliyev və Müdafiə Nazirliyinin Əməliyyat baş idarəsinin Naviqasiya və kartoqrafiya idarəsinin rəisi Davud Bağırlı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin naviqasiya və dəniz mühitinin mühafizəsi şöbəsinin müdiri Vamik Rəhimov təmsil edirlər.

Xatırladaq ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya 2018-ci il avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilən iclasında imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır