Arktikada turist reysləri açılır

104

Rusiya 2021-ci ildən Arktikada kruiz səfərləri təşkil edəcək.

Trend-in məlumatına görə, bunu Rusiyanın “Vodoxod” kruiz şirkətinin nümayəndəsi İqor Yasinski bildirib.

Qeyd olunur ki, gələn ildən Şimal Buzlu okeanında Şimal dəniz yolu ilə və Frans İosif Torpağı adası ətrafında reyslər təşkil olunacaq.

Reyslər yay aylarında 7 gündən 17 günədək davam edəcək. Hazırda 150 nəfərlik sərnişin tutumu olan iki gəminin tikintisi davam edir.

Növbəti illərdə kruiz səfərlərinin Antarktidada da təşkil olunacağı bildirilib.