Bu ilin ilk ayında Türkiyənin Çanaqqala şəhərində 760 qanunsuz miqrant saxlanılıb

83

Bu ilin yanvar ayı ərzində Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 760 miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, miqrantlardan 367-si uşaq, 164-ü isə qadındır.

Onların saxlanılması istiqamətində ay ərzində 19 əməliyyat keçirilib. Qanunsuz miqrantların əksəriyyəti (664 nəfər) Əfqanıstan vətəndaşlarıdır.

Saxlanılanların arasında, həmçinin İran, Pakistan, Mərkəzi Afrika, Suriya və digər ölkələrin də vətəndaşları var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır