ABŞ-ın “The Heritage Foundation” düşüncə mərkəzinin “2020-ci ildə ABŞ-Gürcüstan münasibətləri üçün top 5 prioritet” adlı hesabatı açıqlanıb.
“Report”un yerli bürosunun məlumatına görə, sənəddə Azərbaycanın Gürcüstan ərazisindən keçən infrastruktur layihələrinə də yer verilib.
Qeyd olunub ki, Gürcüstan ərazisindən keçən mühüm neft və qaz kəmərləri və dəmir yol xəttləri Avropanın təhlükəsizliyi üçün əhəmiyyətlidir: “Bu kəmərlərə Bakı-Tbilisi-Ceyhan, Baku-Supsa neft kəmərləri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu xətti daxildir”.
Hesabatda Gürcüstanın Avropa və Asiyanın kəsişməsində yerləşməsinin son dərəcə strateji əhəmiyyətə malik olduğu bildirilib.