“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin gəmilərin yanalması və yedək əməliyyatları üçün avadanlıqların satınalması üzrə açıq müsabiqə elanının müddəti uzadılıb.
QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 13 fevral 2020-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 14 fevral 2020-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 17 fevral 2020-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.
Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.
Əlaqə telefonları: 599-00-03 (1402).
Satınalma Komissiyası