ABŞ-ın ən yaxşı aviadaşıyıcısı bəlli oldu – VİDEO

70

“Nimitz” sinfinə daxil olan “Theodore Roosevelt” (Teodot Ruzvelt) aviadaşıyıcısı, digər bu tipli ABŞ gəmiləri arasında düşmən təhdidlərinə qarşı ən yaxşı müdafiə olunur.

Bu barədə “Popular Mechanics” yazır.

““Theodore Roosevelt”, bəlkə də, tarix boyu ən yaxşı müdafiə olunan aviadaşıyıcıdır”, – deyə jurnalda yazılıb. 

Nəşr qeyd edir ki, “Theodore Roosevelt”i “Arleigh Burke” tipli beş raket esminetsi, “Ticonderoga” tipli bir raket kreyseri və bir sualtı qayıq müşayiət edir. 

“Kreyser aviadaşıyıcını xüsusən hava təhlükələrindən müdafiə edir. Yaxınlıqda isə zərb qrupunun qalan hissəsini sualtı təhlükələrdən qoruyan atom sualtı qayığı üzür”, – deyə nəşr bildirir.

Jurnalda qeyd edilir ki, “Theodore Roosevelt”də ümumilikdə 44 qırıcı və bir və ya bir neçə raketi işə sala bilən 590 buraxıcı şaxta var. 

“Bütün bunların hamısı kiçik bir ölkənin hərbi gücünə müvafiqdir”, – deyə nəşr yazır.