Banqladeşdə rohinca müsəlmanlarını daşıyan gəmi batdı, 15 nəfər öldü

66

Banqladeş sahilində göyərtəsində 100 nəfər olan gəmi qəzaya uğrayıb.

“Report” “Dhaka Tribune”a istinadən xəbər verir ki, nəticədə ən az 15 nəfər ölüb.

Ölənlərin sayı arta bilər, çünki 50 nəfər hələ də itkin düşmüş sayılır.

Məlumata görə, batan gəminin sərnişinləri Banqladeşdən Malayziyaya qaçan rohinca müsəlmanları olub.