Karantinə alınmış kruiz gəmisində koronavirusa yoluxanların sayı 200-ü keçdi

330

Yaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan “Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxanların sayı 218 nəfərə çatıb.

Karantin müddəti bitənə qədər gəmidən yaşlı insanlar təxliyyə olunacaq. 

Bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin rəhbəri Katsunobu Kato bəyan edib.

Onun sözlərinə görə, virusa yeni yoluxanlar arasında 43 sərnişin və “Diamond Princess”in bir heyət üzvü var.

Karantin müddəti bitənə qədər gəmidən təxliyyə olunacaq yaşlı insanlardan koronavirusu yoxlamaq üçün qan analizi götürüləcək. Gəmidə olan yaşlıların əksəriyyəti virusla əlaqədar olmayan diabet və digər xəstəliklərdən əziyyət çəkir.

Katonun sözlərinə görə, onlar fevralın 14-də gəmidən çıxarılacaq.

Xatırladaq ki, fevralın 5-də sərnişinlərdən birində virus aşkarlandıqdan sonra “Diamond Princess” Yaponiya sahillərində lövbər salıb. Ümumilikdə, gəmidə 50 ölkədən olan 3700 nəfərdən artıq sərnişin var. Karantin əvvəlcə fevralın 19-na kimi təyin olunmuşdu, lakin təcrid müddəti uzadıla da bilər.