ABŞ pilotsuz idarə olunan gəmiləri sürətlə inkişaf etdirir

66

ABŞ Hərbi Dəniz Qüvvələri döyüş zamanı insan itkisini azaltmaq məqsədi ilə pilotsuz idarə olunan gəmiləri sürətlə inkişaf etdirir.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, HDQ rəsmisi Pit Smoll artıq 7 bu cür gəminin istehsal edildiyini qeyd edib.

Bildirilir ki, “Textron Systems” tərəfindən istehsal edilən gəmilər ilkin hesablamalara görə fasiləsiz 20 saat dənizdə qala biləcək. GPS-lə təmin olunan pilotsuz gəmilər, həmçinin müxtəlif silahlar, sonar və kəşdiyyat vasitələri ilə təchiz ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır