Gürcüstanda Anaklia dəniz limanının inşasına dair yeni tender elan olunacaq

60

Gürcüstan hökuməti Anaklia dərin dəniz limanının inşası ilə bağlı yeni tender elan edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

O, tenderin yaxın zamanlarda elan olunacağını deyib: “Biznes inkişaf edir. Ötən il konteyner daşımaları 40% artıb və buna görə də ölkədə çox sayda limanların olması vacibdir”.

N.Turnava qeyd edib ki, limanın tikintisi ilə bağlı tenderə beynəlxalq maliyyə qurumlarının cəlb olunması nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin yanvarın 9-da Gürcüstan hökuməti və Anaklia Konsorsiumu arasında dərin dəniz limanının inşaası ilə bağlı 2016-cı ildə imzalanan müqavilə dayandırılıb.