Son 141 ilin ən isti yanvar ayı – Bu il oldu

55

141 ildir qeydiyyatı aparılan iqlim məlumatlarına görə, quruda və dənizdə 20-ci əsrin ortalama temperatoru 12 dərəcə idisə, bu ilin yanvarında 1,4 dərəcə artıb.Gununsesi.org Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Milli Okean və Atmosfer Administrasiyası açıqlama yayıb.

Müşahidələr onu göstərir ki, ard-arda 44-cü ildir ki, yanvar ayında temperatur yüksəlir. Bu, dünyanın getdikcə isinməsinə işarədir.Yer üzündə temperatur ən çox Rusiya, Skandinaviya və Kanadanın şərq bölgələrində yüksəlib. Buralarda yanvar ayında istilik orta temperaturdan 5 dərəcə artıq olub.Mütəxəssislər statistik məlumatlara əsasən bildirirlər ki, 2020 qeydiyyatı aparılmış ən isti 5 ildən biri ola bilər.